Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 07:45
ABŞ federal orqanları yeni növ koronavirusa qarşı ikinci peyvəndin klinik sınaqlarına icazə verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp bildirib.
D.Tramp deyib: "Bu gün ikinci şirkət elan edib ki, [ABŞ Səhiyyə və Sosial Xidmət Nazirliyi yanında] Qida və Dərman kəfiyyəti məsələləri üzrə İdarəsi [yeni koronavirusa] qarşı peyvəndin klinik sınaqlarına icazə verib".
Bununla birlikdə, D.Tramp xatırladıb ki, əvvəllər bənzər peyvəndin sınaqdan keçirilməsinə icazə Johnson & Johnson şirkəti tərəfindən alınmışdı.
Bundan əlavə, Tramp yeni koronavirusun səbəb olduğu xəstəliyin müalicəsi üçün 10 "müalicəvi vasitə"sinin hazırda ABŞ-da sınaqdan keçirildiyini qeyd edib.