Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 saylı cəzaçəkmə müəssisəsindən 16 məhkum azadlığa buraxıldı

10 saylı cəzaçəkmə müəssisəsindən 16 məhkum azadlığa buraxıldı

Tarix: 7 Aprel 2020 14:16

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 16 məhkum azadlığa buraxılıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva azadlığa çıxan məhkumlara buraxılış kağızını təqdim edib.

Müəssisədən azadlığa buraxılan ən yaşlı məhkumun 76 yaşı var. O, 1944-cü il təvəllüdlüdür.

Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.


Etiketlər:  saylı cəzaçəkmə müəssisəsindən məhkum azadlığa buraxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ