Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Havanın soyuması koronavirusun yayılmasını sürətləndirəcək və... - Professordan AÇIQLAMA

Havanın soyuması koronavirusun yayılmasını sürətləndirəcək və... - Professordan AÇIQLAMA

Tarix: 8 Aprel 2020 01:30

"Pandemiya daşıyıcılarının artmasının səbəbi potensial yoluxma hallarının üzə çıxması və yayılmasıdır".

Sonxeber.net bildirir ki, bu sözləri publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

Professor havanın soyumasının koronavirusa hansı formada təsir edəcəyini belə izah edib: "Havanın soyuması, güclü küləyin əsməsi, yağış və ya qarın yağması Azərbaycanda koronavirusun yayılmasına şərait yaradacaq. Yəni belə havalarda insanlar geyim formasını düz seçə bilmirlər. Bu səbəbdən də soyuqdəymə meydana çıxa bilər. Ancaq düşünürəm ki, havaların soyuması müvəqqətidir".

A.Qeybulla bildirib ki, pandemiyanın yayılma və yoluxma prosesi aprelin ortalarında pik həddə çatacaq: "Aprelin 20-dən sonra isə karantin tədbirlərinə düzgün əməl olunsa və insanlar izolyasiya qaydalarına ciddi yanaşsa, yoluxma hallarının azalmasına şahid ola bilərik. Mayda isə tamamilə azalma qeydə alınmalıdır. Hazırda proqnozlaşdırılan budur. Rəqəmlərin artmasının səbəbi isə potensial yoluxma hallarının özünü birüzə verməsidir. 14-28 gün ərzində inkubasiya dövrü sona çatdığı üçün say artır".


Etiketlər:  Havanın soyuması koronavirusun yayılmasını sürətləndirəcək Professordan AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ