Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibbi meteoroloq açıqladı: koronavirus mayın sonu, iyunun əvvəllərində...

Tibbi meteoroloq açıqladı: koronavirus mayın sonu, iyunun əvvəllərində...

Tarix: 8 Aprel 2020 06:03

"Virusun yayılma sürətinə təsir edən bir çox faktor var. Temperatur, nəm və ultrabənövşəyi şüalar da buraya daxildir".

Sonxeber.net xəbər verir ki, bu sözləri türk professor tibbi meteoroloq Orhan Şen deyib.

Professor bildirib ki, virusun yayılma sürəti ilə havanın istiliyi arasında əlaqə quran bəzi araşdırmalar mövcuddur: "Amma bu "havanın istiliyi virusu yox edər və ya Günəş işığı virusu öldürür" mənasına gəlmir. Sadəcə yayılma sürəti ilə bağlı durumdur. Məsələn, pandemiya başlandığından bəri Malayziya, Sinqapur və Honkonq kimi ölkələrdə istilik 25-27 dərəcə civarındadır. Statistikalar yayılma sürətinin və yoluxma sayının aşağı olduğunu göstərir. Bununla bağlı müxtəlif elmi açıqlamalar var. Bunlardan biri ultrabənövşəyi şüaların immun sisteminə təsiri haqqındadır. Yenə bu mövzudakı araşdırmalar virusun 4-11 dərəcə arasındakı istiliyi ideal olaaq gördüyünü ortaya qoyur.

Coğrafiyamız Malayziya və bənzər ölkələrdəki istiliyə mayın sonu, iyunun əvvəlindən etibarən qovuşacaq. Virusun yayılma sürətinə necə təsir edəcəyini o zaman görəcəyik. Lakin hamı havanın temperaturu necə olursa-olsun, izolyasiya və sosial məsafə qaydalarına riayət etməlidir". (publika.az)


Etiketlər:  Tibbi meteoroloq açıqladı koronavirus mayın sonu iyunun əvvəllərində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ