Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp neftin qiymətini bilməyən jurnalistin sualını cavablandırmadı

Tramp neftin qiymətini bilməyən jurnalistin sualını cavablandırmadı

Tarix: 8 Aprel 2020 09:04

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp neftin qiymətini bilməyən jurnalistin sualını cavablandırmayıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Ağ Evdə brifinq zamanı jurnalistlərdən biri neft bazarındakı vəziyyətlə əlaqədar ABŞ prezidentinə sual verməyə çalışıb.

D.Tramp jurnalistdən neftin hazırkı qiymətini soruşub və jurnalist bilmədiyini deyib.

ABŞ prezidenti, "neftin qiymətini bilmədən necə belə sual verə bilərsiniz?", - deyərək, sözü digər jurnalistlərdən birinə verib.


Etiketlər:  Tramp neftin qiymətini bilməyən jurnalistin sualını cavablandırmadı


RƏYLƏR