Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 08:56
ABŞ prezidenti Donald Tramp neftin qiymətini bilməyən jurnalistin sualını cavablandırmayıb.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Ağ Evdə brifinq zaman jurnalistlərdən biri neft bazarındakı vəziyyətlə əlaqədar ABŞ prezidentinə sual verməyə çalışıb.
D.Tramp jurnalistdən neftin hazırkı qiymətini soruşub və jurnalist bilmədiyini deyib.
ABŞ prezidenti, "neftin qiymətini bilmədən necə belə sual verə bilərsiniz?", - deyərək, sözü digər jurnalistlərdən birinə verib.