Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 13:12
“Real” sabiq futbolçusu Kriştiano Ronaldonu qaytarmaq fikrində deyil.
Qol.az “As” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyindəki mənbə “Yuventus”un hücumçusunun transfer siyasətlərində olmadığını bildirib.
“Klub prezidenti Florentino Peres Ronaldonun “Real” üçün xidmətlərini qiymətləndirir. Amma klubda düşünürlər ki, artıq onun dövrü keçib və idman hədəfləri sırasında başqa oyunçular var” – deyə yazıda qeyd olunur.
Xatırladaq ki, Ronaldo “Yuventus” 2018-ci ilin yayında 112 milyon avroya “Real”dan keçib. Zaman-zaman onun yenidən Madridə qayıda biləcəyinə dair məlumatlar yayılıb.