Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 16:52
"Pərviz Abdullayev ən azı mayın ortasınadək Dominikanda qalacaq. Ondan əvvəl "Survivor"dan çıxanlar da həmin ölkəni tərk etməyib. Onlar hamısı hoteldə qalır".
Sonxeber.net xəbər verir ki, bunu Oxu.az-a "Kobra" ləqəbli kikboksçumuz Pərviz Abdullayevin şəxsi məşqçisi Mehman Umudov deyib.
O, dünən SMS səsverməsi ilə "Survivor" yarışını tərk etmiş Pərviz Abdullayevin Bakıya qayıtmayacağını bildirib:
"İndi heç bir ölkəyə uçuş yoxdur. Uçuş olsa, ABŞ-a, ordan da Türkiyəyə getməlidir. ABŞ bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb. Türkiyədə də karantinə alınacaq. Elə Dominikanda qalsa, yaxşıdır".
Qeyd edək ki, Şimali Amerika materikində - Karibyanı dəniz hövzəsi ölkəsi olan Dominikan Respublikasında 1956 nəfər koronavirusa yoluxub. Lakin həmin ölkədə hələlik ölüm faktı qeydə alınmayıb.