Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“AzerGold" hasilat işlərini Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun qaydada aparır

“AzerGold

Tarix: 8 Aprel 2020 18:44

Bakı. Trend:

Karonavirus pandemiyası dövründə “AzerGold”un fəaliyyəti, xüsusi ilə də ixracın dayandırılıb-dayandırılmaması ilə bağlıçoxsaylı sorğular nəzərə alınıb.

Trend-in məlumatına görə, “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev həmin sorğuları cavablandırıb.

- "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) pandemiya ilə əlaqədar məhdudiyyətlərin qoyulduğu bir dövrdə hasilat və ixrac fəaliyyətini necə tənzimləyir?

- Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, karantin rejimində bəzi dövlət əhəmiyyətli və həyat təminatı obyektləri, habelə bəzi xüsusi müəssisələr fəaliyyətini fasiləsiz rejimdə davam etdirir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti də bu siyahıda yer alır və hasilat işlərini Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun qaydada aparır.

Hasilata başladığı ildən mənfəətlə çalışan Cəmiyyətimiz fəaliyyətini cari ildə də uğurla davam etdirir. İstər hasilat, istərsə də satış əməliyyatları ötən aylarda plandan daha artıq həyata keçirilmişdir. Bunun nəticəsidir ki, koronavirus pandemiyası ilə əlaqədar ölkələrarası müntəzəm uçuşlara məhdudiyyətlərin qoyulduğu, ixracın həyata keçirilmədiyi dövrdə də hasilatın və digər fəaliyyətlərin tam gücü ilə bir müddət davam etdirilməsi üçün maddi resurslar mövcuddur.

- Cəmiyyət tərəfindən ixrac əməliyyatları da həyata keçirilirmi?

- Xeyr. Çünki Cəmiyyətin hasil etdiyi metalların daşınması xidmətini həyata keçirən ixtisaslaşmış beynəlxalq logistika şirkəti pandemiya səbəbindən müntəzəm uçuşlar dayandırıldığı üçün xidmət göstərə bilmir. Ümid edirik ki, sözügedən şirkət qısa zaman kəsiyində xidmətə başlayacaqdır. Əks halda, Cəmiyyət alternativ yolla daşınma üçün müraciət edəcək. Bu isə müvafiq çarter reyslərinin təşkil edilməsi deməkdir. Çarter təyyarə reyslərinin təşkil edilməsi indiki halda kifayət qədər böyük vəsait tələb edir və 5-6 dəfə daha artıq izafi xərclər deməkdir.


Etiketlər:  AzerGold hasilat işlərini Operativ Qərargahın tələb tövsiyələrinə uyğun qaydada aparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ