Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lerikdə karantin rejiminə ciddi nəzarət olunur (FOTO)

Lerikdə karantin rejiminə ciddi nəzarət olunur (FOTO)

Tarix: 8 Aprel 2020 19:42

Bakı. Trend:

Lerikdə karantin rejiminə ciddi nəzarət olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunmasına nəzarət dağlıq ərazidə yerləşən və sərt iqlimi olan Lerik rayonunda da ciddi şəkildə həyata keçirilir.

Soyuq və qarlı hava şəraitinə rəğmən hazırda Lerik Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejim qaydalarına riayət olunması məqsədilə tədbirlərini davam etdirirlər. Sakinlərdən lüzumsuz yerə yaşadıqları evləri tərk etməmək tələb olunur, zərurət olduğu halda isə təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyin zəruriliyi çatdırılır.

Xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşları tərəfindən kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələrini idarə edən sürücülər də saxlanılır, barələrində xəbərdarlıq və ya inzibati qaydada tədbirlər görülərək, sakini olduqları kəndlərə yönləndirilirlər.

Bu tədbirlərin məhz sakinlərin sağlamlığı naminə görüldüyü bir daha onların diqqətinə çatdırılır. Polis hər hava şəraitində xidmətdədir.

Lerikdə karantin rejiminə ciddi nəzarət olunur (FOTO) - Gallery Image Lerikdə karantin rejiminə ciddi nəzarət olunur (FOTO) - Gallery Image Lerikdə karantin rejiminə ciddi nəzarət olunur (FOTO) - Gallery Image


Etiketlər:  Lerikdə karantin rejiminə ciddi nəzarət olunur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ