Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 23:40
Bakı. Trend:
Son 24 saat ərzində dünyada koronavirusa yoluxanların sayı 73 mindən çox artıb, 6 mindən çox insan ölüb. Bu, əvvəlki sutka ərzində qeydə alınan göstəricidən bir qədər çoxdur. Həmin vaxtda yeni xəstəlik hallarının sayı 68 mini keçmişdi, ölümlə nəticələnən yeni halların sayı 5 mindən çox olmuşdu.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündəlik bülletenində bildirilib.
Statistikaya əsasən, dünyada 1 353 361 xəstələnən və 79 235 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 73 639, ölənlərin sayı isə 6 695 nəfər artıb.
Ən çox xəstələnmə və ölüm halları Avropa Bölgəsində qeydə alınıb - müvafiq olaraq 720 219 və 57 369 hal. Gün ərzində orada xəstələnənlərin sayı 33 881, ölüm halları isə 4 904 nəfər artıb.Ən çox yoluxan ABŞ-da qeydə alınıb - 417 416 nəfər. Onun ardınca İspaniya (140 510), İtaliya (135 586), Almaniya (103 228) və Çin gəlir (83 157).