Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyada karantinin uzadılması planlaşdırılır

Britaniyada karantinin uzadılması planlaşdırılır

Tarix: 9 Aprel 2020 06:36

Bakı. Trend:

Koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən Baş nazir Boris Consonu müvəqqəti əvəz edən Britaniyanın xarici işlər naziri Dominik Raab Birləşmiş Krallıqda karantini uzatmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə yerli "The Guardian" qəzeti xəbər yayıb.

Bildirilir ki, bu, Consonun xəstəxanada olduğu andan D.Raabın ilk əsas qərarı olacaq. Qəzetin məlumatına görə, artıq bu gün D.Raab karantinin 13 aprel tarixində ləğv olunmayacağı qərarını açıqlaya bilər.

Hökumət karantinin ləğv edilməsinı əhalinin kütləvi şəkildə küçəyə çıxmasına səbəb ola biləcəyindən və yaxınlaşan katolik və protestant Pasxa (bu il aprelin 12-nə düşür) bayramlarını nəzərə almaqla ənənə üzrə istirahət günlərinin cümə günündən bazar ertəsi gününə qədər davam etdiyi zaman vəziyyətin nəzarətdən çıxacaqından narahatdır.

Nazirlər karantinin ayın sonuna qədər uzadılması planlarını nəzərdən keçirirlər.


Etiketlər:  Britaniyada karantinin uzadılması planlaşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ