Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' ''Çelsi''nin futbolçusundan imtina etdi

''Barselona'' ''Çelsi''nin futbolçusundan imtina etdi

Tarix: 9 Aprel 2020 12:14

"Çelsi"nin vingeri Villianın "Barselona"ya transferi baş tutmayacaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Villianın meneceri Kia Curabçian onu "Barselona"ya təklif etsə də, "yox" cavabı alıb. Katalon klubunun hazırda başqa prioritetləri var.

31 yaşlı futbolçunun "Çelsi" ilə müqaviləsi mövsümün sonunda bitəcəyi üçün transfer "Barsa"ya pulsuz başa gələcəkdi. Villianın yüksək maaş və 3 illik müqavilə tələb etdiyi bildirilir. "Blauqrana" rəhbərliyi isə gənc oyunçu transferinə üstünlük vermək niyyətindədi.

"Barselona" ötən yay Villianı heyətinə qatmağa çalışsa da, "Çelsi" ilə anlaşmaq mümkün olmamışdı.

Milli.Az


Etiketlər:  Barselona Çelsinin futbolçusundan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ