Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan müalicə alan futbolçuların adları açıqlandı

Koronavirusdan müalicə alan futbolçuların adları açıqlandı

Tarix: 10 Aprel 2020 14:40

Koronavirus pandemiyası dünyanın bir çox ölkəsində, Avropada isə, demək olar ki, bütünlüklə futbol yarışlarının dayandırılmasına səbəb olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, artıq 1 milyon 600 mindən çox insan bu virusa yoluxub ki, onlar arasında futbolçular da var.

İndiyə qədər 44 oyunçu koronavirusa yoluxub və onlardan bəziləri artıq sağalıb. Hazırkı duruma əsasən, virusdan əziyyət çəkən və müalicə olunan futbolçular aşağıdakılardır:

İtaliya
Paulo Dibala, Daniele Ruqani, Blez Matuidi (hamısı "Yuventus"), Manolo Qabbyadini, Olbin Ekdal, Antonio la Qumina, Morten Torsbi, Fabio Depaoli, Bartoş Breşinski, Edqar Barreto (hamısı "Sampdoriya"), Mattia Tsakani ("Verona"), Kinq Pol Akpan Udo ("Pyaneze"), Andrea Saraniti ("Leççe"), Marko Sportelyo ("Atalanta"), Antonio Junior Vakka ("Venetsiya").

İspaniya
Vu Ley, Leandro Kabrera (hər ikisi "Espanyol"), Conatas ("Elçe"), Yelko Alfaya ("Berqantinos"), Xose Luis Qaya, Elyakim Manqala və "Valensiya"nın daha 7 futbolçusu, "Jirona"nın adı açıqlanmayan futbolçusu.

Almaniya
Maksimilian Mittelştedt ("Herta"), Luka Kilian ("Paderborn"), Yannes-Kilian Horn, Timo Hyubers (hər ikisi "Hannover"), Fabian Nürnberqer ("Nürnberq").

İngiltərə
Ceyms Bolton, Endi Kennon, Şon Raqet (hamısı "Portsmut"), Çarlz Ostin ("Vest Bromviç"), Pepe Reyna ("Aston Villa").

Fransa
Suk Yun Çjun ("Trua")

Çin
Maruan Fellaini ("Şandun Lunen")

Rusiya
Maksim Astafyev ("Leninqradets")

Yaponiya
Qotoku Sakai ("Vissel Kobe")

Milli.Az


Etiketlər:  Koronavirusdan müalicə alan futbolçuların adları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ