Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 16:32
Bakı. Trend:
Avropa Şurası səhiyyə sistemi koronavirus pandemiyası ilə mübarizəyə hazır olmayan ölkələrə kömək göstərməyə hazırdır.
Trend-in məlumatına görə, bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç deyib.
O bildirib ki, epidemiyadan daha çox zərər çəkmiş ölkələrin səhiyyə sistemləri fövqəladə vəziyyətdə reaksiya göstərməyə hazır olmadığını göstərdi:
“Ona görə də biz mövcud mexanizmləri işə salmalıyıq və zəif halqaları gücləndirməyin üsullarını tapmalıyıq. Biz bunu etməyə hazırıq”.
Diplomat əlavə edib ki, Avropa iqtisadiyyatı və sosial təminatlar sistemi böhranla əlaqədar zərbə altındadır. O xatırladıb ki, indiyədək firavan hesab olunan ölkələrdə belə son həftələrdə işsizlik səviyyəsi kəskin artıb.