Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həbib Toni Ferqyusona və azarkeşlərə istehzalı suallar ünvanladı

Həbib Toni Ferqyusona və azarkeşlərə istehzalı suallar ünvanladı

Tarix: 10 Aprel 2020 17:12

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov Toni Ferqyuson və Castin Geyci arasında baş tutmalı olan döyüşün koronavirus səbəbindən təxirə salınmasını istehza ilə qarşılayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, döyüşçü "Instagram" hesabının hekayə bölməsində paylaşdığı videoda ondan israrla döyüşə yollanmasını tələb edən şəxslərdən hansı ünvana getməli olduğunu soruşub.

Qeyd edək ki, UFC çempionu Həbib Nurməhəmmədovun amerikalı döyüşçü Toni Ferqyusonla qarşılaşması koronavirus səbəbindən təxirə salınıb. Buna baxmayaraq, Toni Ferqyuson və azarkeşlər döyüşün baş tutmasını H.Nurməhəmmədovdan israrla tələb edirdilər.

Milli.Az


Etiketlər:  Həbib Toni Ferqyusona azarkeşlərə istehzalı suallar ünvanladı


RƏYLƏR