Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

20 tur, 19 penalti, 16 qol

20 tur, 19 penalti, 16 qol

Tarix: 10 Aprel 2020 17:50

Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə 19 penalti təyin olunub.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, 20 turun 80 matçında 16 qol 11 metrlik nöqtədən vurulub. Digər 3 penalti zərbəsi dəqiq olmayıb.

Meydan sahibləri 10, qonaqlar 9 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib. Qolla nəticələnməyən hər üç penalti meydan sahiblərinin passivindədir.

“Səbail” hamıdan çox – 6 belə zərbə vurubsa, “Sabah” penalti imkanı qazanmayıb. “Sumqayıt” ən çox cəzalanan komandadırsa, “Qarabağ”ın qapısına penalti təyin edilməyib.

Qeyd edək ki, Emin Mahmudov (“Neftçi”), Nikolas Raysel (“Qəbələ”), Mehdi Şərifi, Peyman Babayi (hər ikisi “Sumqayıt”), Hendrik Ekşteyn (“Səbail”) və Ağabala Ramazanov (“Səbail”də olarkən) hərəyə 2 penalti zərbəsi vurub. Bu oyunçulardan yalnız Ramazanov bir imkanı qaçırıb.

klub

vurulan

rəqib

penalti

dəqiq

penalti

dəqiq

Qarabağ

1

1

0

0

Neftçi

2

2

4

3

Keşlə

1

1

3

3

Sumqayıt

5

4

4

4

Zirə

2

1

2

2

Sabah

0

0

2

1

Səbail

6

5

1

0

Qəbələ

2

2

3

3


 


Etiketlər:  penalti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ