Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 7300-dən çox hepatit xəstəsi dövlət hesabına müalicə olunur

Azərbaycanda 7300-dən çox hepatit xəstəsi dövlət hesabına müalicə olunur

Tarix: 10 Aprel 2020 18:39

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda 7315 nəfər viruslu hepatit xəstəsinə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, son 5 il ərzində Səhiyyə Nazirliyinin nəzdində viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya fəaliyyət göstərir. Bu müddətdə Komissiyaya 10803 nəfər müraciət edib. Onlardan 7315-nə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib.


Etiketlər:  Azərbaycanda 7300 dən çox hepatit xəstəsi dövlət hesabına müalicə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ