Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycanda əvvəl maaşımızı vermədilər, sonra isə...''

“Azərbaycanda əvvəl maaşımızı vermədilər, sonra isə...''

Tarix: 11 Aprel 2020 10:04

Fəaliyyətini dayandıran “Bakı” komandasının futbolçusu olmuş Mario Martines Azərbaycandakı karyerasını yada salıb.

Qol.az-ın məlumatına görə, o, “Marca”ya müsahibəsində bəzi klublarla problem yaşadığını deyib:

“İspaniyada “Numansiya” və “Real Union”da oynadıqdan sonra Kiprdə “Alki” və “Olimpiakos”da (Nikosiya) da çıxış etdim. Sonuncu klub barədə FİFA-ya şikayət etdim. Çünki maaşımı vermirdilər. Müqaviləm ləğv edildikdən sonra yarım il Azərbaycanda, “Bakı” klubunda oynadım. Əvvəlcə hər şey normal gedirdi. Problemim yox idi və hər şey mənim üçün komfortlu sayıla bilərdi. Növbəti mövsüm yaxşı olmalı idi. Amma əvvəlcə bizə maaş verməyi dayandırdılar, sonra isə, ümumiyyətlə klub dağıldı. Bundan sonra Azərbaycanı tərk edərək “Kolumbiya” klubuna keçdim”.
 

 


Etiketlər:  Azərbaycanda əvvəl maaşımızı vermədilər sonra isə


RƏYLƏR