Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Planım Braziliyaya qayıtmaqdı'' `

“Planım Braziliyaya qayıtmaqdı'' `

Tarix: 12 Aprel 2020 16:44

"Qalatasaray"ın futbolçusu Mariano karyerasını Braziliyada davam etdirməyə hazırlaşır.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi Türkiyə klubundan ayrılmaq istədiyini "Fox Brasil" nəşrinə açıqlamasında bəyan edib:

"Planım Braziliyaya qayıtmaqdı. Ölkəmə dönməyi, həqiqətən, çox istəyirəm. Ailəm də eyni düşüncədədi. Amma indi olduğum yerdə də məmnunam. Son 10 oyunda 5 məhsuldar ötürmə vermişəm. Bu, Galatasaray-da keçirdiyim ən yaxşı dönəmdi. Dörd il daha oynaya biləcək fiziki gücə sahibəm. Braziliyadakı bəzi klublarla danışığımız olub. Etik baxımdan düzgün olmadığı üçün ad açıqlamaq istəmirəm. Müqaviləmin sonuna yaxınlaşdığımız üçün mənimlə maraqlanan klublara açıq qapı buraxmışam".

Mariano təklif aldığı klublardan birinin "Flamengo" olduğunu gizlətməyib: "Onlar Rafinyanı transfer etməzdən öncə mənə təklif göndərmişdilər. Amma sonradan Rafinyanı transfer etməyə qərar verdiklərini bildirdilər. Mən də "problem yoxdu, Türkiyədə xoşbəxtəm" dedim".

Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatı Marianonun "Palmeiras"la razılığa gəldiyini yazmışdı. "Cim-bom"un bu transferdən 1 milyon avro qazanacağı bildirilir.


Etiketlər:  Planım Braziliyaya qayıtmaqdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ