Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Tibb Universitetinin tələbələri tərəfindən maraqlı video-material hazırlanıb.

Azərbaycan Tibb Universitetinin tələbələri tərəfindən maraqlı video-material hazırlanıb.

Tarix: 12 Aprel 2020 18:07

Video-materialda yer alan qum üzərindəki rəsmlər Türkiyədə fəaliyyət göstərən azərbaycanlı qum rəssamı Novruz Əhmədov tərəfindən çəkilib.

Video-material Azərbaycan Respublikasının Himninin sözləri ilə başlayır və bu günləri birlikdə dəf edəcəyimizdən bəhs edir. Materialda gənclər hazırda dünyanı öz cənginə alan Koronavirus'un bizə gətirdiyi neqativ vəziyyəti fərqli bucaqdan şərh ediblər:



Azərbaycan! Azərbaycan!
Ey qəhraman övladın şanlı Vətəni!
Vaxtı gəldi, azadlıq uğrunda sipər etdik sinəmizi düşmənə.
Vaxtı gəldi, bir musiqi ilə birləşdi ürəklərimiz.
Qurur duyduq dalğalanan bayraqla.
Vaxtı gəldi, bir əsgər - milyonlarla ürək olduq...
Bizim kədərimiz də bir oldu, sevincimiz də...
İndi isə onları dinləmək vaxtıdır...

Müəlliflərin sözlərinə görə:

"Biz əvvəlcə həkimlər olaraq gigiyena qaydalarına əməl etmək barədə video çəkmək istəyirdik. Sonra düşündük ki, artıq bir çox portal bu barədə video və xəbərlər yayınlayıblar. Videonu yayınlamazdan öncə dostlarımızla paylaşdıq, bir çox müsbət və mənfi rəylər aldıq. Bəzi rəylərə görə biz Eurovision Musiqi Müsabiqəsi ilə 20 Yanvar və Aprel döyüşlərini yanbayan qoyarkən şəhidlərin ruhuna hörmətsizlik etmiş oluruq. Lakin, bu heç də belə deyil. Bizim çatdırmaq istədiyimiz ideya tamam başqadır. Biz tam olaraq bunu demək istəmişik ki, xalq olaraq 20 Yanvarda birlik olduq, azadlığımızı əldə etdik, Aprel döyüşlərində ürəklərimiz əsgərlərimiz ilə birlikdə döyünürdü, Eurovision'da və ya digər beynəlxalq əhəmiyyətli yarışda qalib gələrkən də birlikdə sevinmişik həmişə. Bu çətin günlərdə də birlik olmalıyıq, başda həkimlərimiz olmaqla digər səlahiyyətli şəxslərə qulaq verməliyik. Bu günləri də birlikdə atladacağıq"

Sözügedən video-materialı sizə təqdim edirik:


Etiketlər:  Azərbaycan Tibb Universitetinin tələbələri tərəfindən maraqlı video material hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ