Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2020 19:24
Mövsümün sonunda "Başakşəhər"lə müqaviləsi başa çatacaq Robinyonun ölkəsi Braziliyaya qayıdacağı dəqiqləşib.
Qol.az xəbər verir ki, 36 yaşlı hücumçu "Santos"a keçməyə razılıq verib. Klub prezidenti Karlos Peres təcrübəli oyunçu ilə anlaşdıqlarını deyib:
"Robinyo "Santos"un övladıdır. Ona hər zaman klubumuzda yer var. O, geri dönmək arzusundadır. Biz də onu klubumuzda görmək istəyirik. Robinyoya borcumuz var. Bunu agenti ilə də danışıb, hesablamışıq. Bu transferi heç nə saxlaya bilməz".
Braziliya mətbuatının məlumatına görə, Robinyonun "Santos"da aylıq maaşı 97 min avro olacaq.
Qeyd edək ki, “Santos”un yetirməsi olan Robinyo, karyerası ərzində “Real”, “Mançester Siti”, “Milan” kimi klublarda çıxış edib. O, Braziliya millisində 100 oyun keçirib.