Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: “Amnesty International” əməkdaşlarının intihar etməsi heç də təsadüfi deyil

Deputat: “Amnesty International” əməkdaşlarının intihar etməsi heç də təsadüfi deyil

Tarix: 31 May 2019 16:33

Bakı. Elçin Mehdiyev - Trend:

“Amnesty International” artıq çoxdan öz obyektivliyini, simasını itirmiş bir təşkilatdır. Bu təşkilatın işi sifariş əsasında ayrı-ayrı ölkələrə qarşı qarayaxma kampaniyası aparmaqdır.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev bildirib ki, “Amnesty International” kimi qərəzli bir təşkilatda əməkdaşların intihar etməsi təsadüfi deyil:

“Yəqin işçilərini elə gərgin psixoloji vəziyyətdə saxlayırlar ki, onlar çıxış yolunu intiharda görürlər. Çox yaxşı olardı ki, başqa ölkələrdə problem axtarmaq əvəzinə, ilk növbədə öz əməkdaşları üçün yaratdıqları şəraitə diqqət yetirərdilər. Təşkilat daxilində belə gərginlik olduğu halda ayrı-ayrı ölkələrdə vəziyyəti bilmədən qərəzli hesabatlar yaymaq və "çirkli" pulları yumaqla məşğul olurlar”.

Qeyd edək ki, “Amnesty International” təşkilatının idarə heyətinin 7 üzvündən 5-i bu ilin oktyabrına qədər təşkilatı tərk edəcək. Bir müddət əvvəl “Amnesty International”da əmək şəraiti barədə məruzə hazırlanması qərara alınıb. Buna səbəb təşkilatın iki əməkdaşının intihar etməsi, bir çox işçilərin isə rəhbərliklə münasibətlərdən şikayəti olub.

Xatırladaq ki, ötən il təşkilatın Paris ofisində işləyən Qaetan Muto intihar edib və yazdığı məktubda bunun səbəbi kimi stres və həddən artıq yorğun olmasını göstərib. Bir neçə həftə sonra isə Cenevrə ofisinin əməkdaşı Rozalind MakQreqor intihar edib. Onun yaxınları qadının işlə əlaqədar psixoloji gərginliyə məruz qaldığını bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Deputat Amnesty International əməkdaşlarının intihar etməsi heç təsadüfi deyil


RƏYLƏR