Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 06:48
Bakı. Trend:
Meksikada koronavirusa yoluxma hallarının sayı 5 014 çatıb, 1964 nəfər sağalıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyinin nümayəndəsi Xose Luis Alomia xəbər verib.
Ötən sutka ərzində həkimlər koronavirusa 353 yeni yoluxma hadisəsi qeydə alıb, 36 xəstə ölüb. Ölənlərin ümumi sayı 332-yə yüksəlib.
Ölkədə ilk yoluxma halı fevralın 28-də açkarlanıb. Yerli hakimiyyət aprelin 30-dək sanitariya sahəsində fövqəladə vəziyyət rejimini elan edərək koronavirus pandemiyasının qarşısının alınması üçün karantin tədbirlərini sərtləşdirib.