Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 17:16
"Yuventus"un portuqaliyalı futbolçusu Kriştiano Ronaldo koronavirus səbəbindən maliyyə problemi yaşayan ölkəsinin aşağı liqa klublarına yardım etmək üçün kampaniya başladıb.
Qol.az xəbər verir ki, bu barədə onun millidəki komanda yoldaşı Bernardo Silva "İnstaqram"da canlı yayımda bildirib.
O deyib ki, 35 yaşlı hücumçu Avro-2020-yə vəsiqə qazandıqları üçün verilən mükafatın 50 faizini aşağı liqa klublara paylanılmasını təklif edib: "Hamımız bunu qəbul etdik. Mükafatlarımızın 50 faizi Portuqaliyanını aşağı liqalarında mübarizə aparan klublar arasında bölüşdürüləcək. Ronaldo böyük bir lider olduğunu bu məsələdə də göstərdi".