Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir mobil operator ''Elektron bildiriş'' xidmətindən istifadə edə biləcək (VİDEO)

Daha bir mobil operator  ''Elektron bildiriş'' xidmətindən istifadə edə biləcək (VİDEO)

Tarix: 14 Aprel 2020 17:48

Bakı. Samir Əli - Trend:

Qarşıdakı günlərdə "Bakcell" mobil nömrəsi olan "Azərişıq" ASC-nin istehlakçıları da qurumun istifadəyə verdiyi "Elektron bildiriş" xidmətindən istifadə edə biləcəklər.

Bunu Trend-ə açıqlama verən "Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov deyib.

Q.Həmidovun sözlərinə görə, hazırda bununla bağlı təmsil etdiyi qurum işləri davam etdirir:

“Bildiyiniz kimi “Elektron bildiriş” sistemindən istifadə etmək üçün mobil nömrəni qeyd etmək lazımdır. Hazırda yalnız “Azercell” və “Nar” abunəçiləri bu xidmətdən yararlana bilir. Tezliklə “Bakcell” abunəçiləri də bu sistemə qoşula biləcək. Onu da qeyd edim ki, istehlakçılarımızın əksəriyyətinin hər 3, yaxud minimum 2 mobil operatora məxsus nömrəsi olduğu üçün bu onlara elə də böyük problem yaratmır”.

Xatırladaq ki, ölkə Prezidentinin "Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" fərmanına əsasən, bu ayın əvvəlindən istifadə edilən elektrik enerjisi ilə bağlı "Azərişığ"ın istehlakçılara verdiyi bildirişlər və ödənişlər elektron formada həyata keçirilir. Beləliklə, istehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə ediblər. Habelə ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanıblar. Elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Sistem göndərdiyi məlumatları və bütün digər əməliyyatları insan faktoru olmadan avtomatik həyata keçirəcək.

İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildiriş alaraq elektron ödəniş etmək üçün "Azərişığ"ın veb saytında “Bildiriş” bölməsinə daxil olaraq 15 rəqəmli abunəçi kodunuzu yazmaq kifayətdir. Açılan pəncərədə şəxsi məlumatlar, cari sərfiyyat və borc barədə məlumatları görmək olur.

Bundan sonra mobil operator, mobil nömrə və elektron poçt ünvanı daxil edilərək “Yadda saxla” düyməsini seçilir və elektron bildiriş profili yaradılır. "Elektron bildiriş al” düyməsini seçərək "Azərişıq"dan enerji borcu barədə bildiriş almaq, enerji borcunu “Azərişığ”ın mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirmək olar. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrəyə SMS ilə göndəriləcək. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq ödənişini asanlıqla həyata keçirmək olar.

Eyni zamanda azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq elektron ödəniş etmək imkanına malikdir.

Sistemə bütün növ platformalardan və smartfonlardan daxil olmaq mümkündür.


Etiketlər:  Daha mobil operator Elektron bildiriş xidmətindən istifadə edə biləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ