Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 18:48
Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun məşqçisi Xavyer Mendes "YouTube"də izləyicilərin suallarını cavablandırıb.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, Mendes Həbibin avqust-sentyabr aylarında oktaqona qayıdacağını bildirib. O, rus döyüşçünün Toni Ferqyusonla qarşılaşmasının əleyhinədi:
"Həbib növbəti döyüşünü avqustda və ya sentyabrda keçirə bilər. Avqust variantı alınsa, yəqin ki, turnir San-Fransiskoda olacaq. Sentyabra qalsa, döyüş Əbu-Dabidə keçirilə bilər.
Həbibin rəqibi kim olacaq? Mənim haqqım olsaydı, Castin Qetjini seçərdim. Çünki mən zəmanətli döyüş istəyirəm. Yalnız bu səbəbdən.
Qetji olmasa, Ferqyuson istisna, başqa biri də ola bilər. Düzü, qorxuram ki, Toni ilə döyüş yenə baş tutmasın. Döyüş 5 dəfə təxirə salınıb. UFC tarixində belə bir şey olmayıb".