Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TikTok koronavirusa görə 375 milyon dollar ayırdı

TikTok koronavirusa görə 375 milyon dollar ayırdı

Tarix: 14 Aprel 2020 20:40

Koronavirus pandemiyası ilə mübarizəyə dəstək verən şirkətlərdən biri də TikTok olub.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, TikTok pandemiya ilə mübarizə aparan tibb işçilərini dəstəkləmək üçün 250 milyon dollar ayırıb. Şirkət bununla yanaşı, belə çətin dönəmdə ayaqda qalmağa çalışan mobil tətbiqlər üçün 100 milyon dollar reklam krediti nəzərdə tutub. Qalan 25 milyon dollar isə pandemiyaya qarşı ictimai maarifləndirməyə həsr olunacaq.

Bununla yanaşı, şirkət tibb bacıları, musiqiçilər, təhsilverənlər və sənət adamlarının ailələrinə 40 milyon dollar nağd ödəməni təmin edəcək TikTok Yardım Fondunu təsis edəcək.


Etiketlər:  TikTok koronavirusa görə milyon dollar ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ