Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Microsoft: Bütün ölkə ''COVID-19'' adı ilə kiberhücuma məruz qalıb

Microsoft: Bütün ölkə ''COVID-19'' adı ilə kiberhücuma məruz qalıb

Tarix: 14 Aprel 2020 22:56

Microsoft şirkəti "COVID-19"la bağlı haker hücumlarının xəritəsini hazırlayıb. Məlum olub ki, pandemiya adı ilə hər bir ölkə bir dəfə də olsa haker hücumuna məruz qalıb.

Hücuma məruz qalan ölkələrin sayı 241 olub.

Hakerlərin koronavirusla əlaqədar hücumları hələ də davam edir.

Onlar emosional vəziyyətindən istifadə edərək özündə virusla bağlı məlumatı əks etdirən spam məktubları istifadəçilərə göndəriblər.

Şirkət mütəxəssislərinin araşdırmasına görə, hakerlərin hücum hədəfi virusun daha çox yayıldığı ölkələrdir. Çünki belə ölkələrin sakinləri infeksiya barəsində məlumat oxumağa daha meyillidirlər.

Qeyd edək ki, "Check Point" şirkəti də bir müddət əvvəl koronavirus adı ilə 4 min haker hücumunun qeydə alındığını bildirmişdi. Hücumu həyata keçirən saytların 3% zərərli, 5%-i isə şübhəli olaraq, qeydə alınıb.


Etiketlər:  Microsoft Bütün ölkə COVID adı ilə kiberhücuma məruz qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ