Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 12:52
Bakı. Trend:
Bu il "Formula 1" yarışlarının 19 mərhələsindən yanız 8-i baş tuta bilər.
Trend-in məlumatına görə, mövsümün ən yaxşı halda iyul ayında başlaması planlaşdırılır.
İlk yarış Avstriya, İngiltərə və Fransada keçirilə bilər.
Bu halda Azərbaycan Qran-prisi sentyabr ayında baş tuta bilər. Təşkilatçıların fikrincə, 2020-ci il mövsümü dekabrın sonunda başa çatacaq.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar təxirə salınan Azərbaycan Qran-prisi iyunun 5-7-də keçirilməli idi.