Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 19:10
Əməkdar artist Nahidə Orucova qızı Bilqeyisin toyuna sənət dostlarını çağırmamasının səbəbini açıqlayıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Gəl dərdini danış" verilişində həmkarlarının, dostlarının ondan küsdüyünü söyləyib:
"Heç kimi çağıra bilmədim. Hətta iş yerimdən kiməsə deyə bilmədim. Toyu uşağımın atası etdi. Məsləhət oldu ki, az adam gəlsin. Məndən inciyən dostlarıma səslənirəm ki, yubileyim olacaq. Hamını ora çağıracam. Mən də istəyərdim yaxınlarım toyda yanımda olsun. Amma orada yalnız bir ana kimi yer aldım. Toyda ancaq mənim tərəfdən bacım var idi".
Qeyd edək ki, Nahidənin qızı Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailə qurub. Aktrisanın qızı 12 yaşından atası ilə yaşayıb.