Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 21:50
"Karantinin ilk günündən evdən çölə çıxmırıq. Evdə oturaq, bu bəladan tez qurtularaq. İndi verilişə gəlmək üçün evdən çıxdım, bir az hava dəydi mənə".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aygün Mahmudova "Ən yaxşısı" verilişində deyib. İfaçı karantin günlərini necə keçirməsindən söz açıb:
"Üç uşağa baxıram. Yemək bişir, yu, evi təmizlə... Günün hardan başladığını və bitdiyini heç bilmirəm. Uşaqlar darıxanda eyvana çıxırlar. Bir müddətlikdir. Heç kim evdən çıxmasın.
O gün aptekə getmək üçün evdən çıxdım. Baxıram ki, millət öz kefindədir. Hamı küçələrdə. Qaydalara əməl etməliyik ki, bəladan da tez xilas olaq".