Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2019 12:24
"Çempionlar Liqasında möhtəşəm bir mövsüm keçirdik. Bu turnirdən həzz aldıq. Finalda meydanda mübarizə aparmağa hazırıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının finalında "Liverpul"la oyun öncəsi deyib.
"Liverpul" əla komandadır. Onlar Premyer Liqada titul uğrunda yarışdılar və Çempionlar Liqasında möhtəşəm oynadılar. Bu, Kloppun xidmətləri sayəsindədir. O, fantastik məşqçidir. Amma biz də özümüzə inanırıq. Finaldan zövq alıb, futbol tarixinə düşmək istəyirik. Buna görə qələbə qazanmalıyıq. Nə etməli olduğumuzu bilirik"- deyə o bildirib.
Argentinalı mütəxəssis finala yüksəlmələrində komandanın heyətində yer alan 25 futbolçunun böyük rolu olduğunu söyləyib.
Poçettino Kloppun artıq üçüncü dəfə ÇL-in finalda olacağını xatırladıb: "Finala yüksəlmək çətindir. Çl-də üç dəfə final oynamaq əsl nailiyyətdir. Onu təbrik edirəm. Nə olursa-olsun, Kloppp ən yaxşı məşqçilərdən biri olacaq".
Qeyd edək ki, "Tottenhem" - "Liverpul" görüşü bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.