Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vəziyyət çox ciddidir'' - İnfantino

''Vəziyyət çox ciddidir'' - İnfantino

Tarix: 16 Aprel 2020 11:46

FİFA prezidenti Canni İnfantino futbol oyunlarının mümkün bərpası ilə bağlı növbəti açıqlama verib.

Qol.az "L'Equipe"yə istinadən xəbər verir ki, o, matçların yalnız hakimiyyət icazə verdiyi zaman bərpa olunacağını deyib:

"Futbol nə vaxt qayıdacaq? Cavabım budur ki, birinci yerdə insanların sağlamlığıdır. Sağlamlıq hər şeydən öncədir! Nə qədər ki, risk var, futbol oynamırıq. Bir az gözləməli və işlərin necə olacağını görməliyik. Vəziyyət çox ciddidir. Bir çoxumuzun nə vaxt oynamağa başlayacağımızı bilmək istədiyini anlayıram. Hakimiyyət icazə verəndə oynayacağıq. O zaman yarışları bərpa edə bilərik. Ancaq həyat üçün təhlükə yarada bilmərik".

 


Etiketlər:  Vəziyyət çox ciddidir İnfantino


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ