Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 12:06
Bakı. İlhamə İsabalayeva - Trend:
Türkiyədən gələn həkimlərin Bakıda çalışacağı xəstəxanalar açıqlanıb.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı açıqlayıb.
Onun sözlərinə görə, bunlar "Yeni klinika", Mərkəzi Neftçilər Xəstəxanası, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Cərrahiyyə Klinikasıdır:
"Yeni klinikada hazırda 100-dən çox xəstə müalicə alır: Onların içərisində ağır xəstələr üstünlük təşkil edir".
TƏBİB sədri qeyd edib ki, Azərbaycanda COVID-19-un hansı genotipinin yayıldığını öyrənmək maraqlıdır:
"Bununla bağlı tədqiqatın nəticələrini bölüşəcəyik".