Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vəziyyət çox ciddidir'' - FİFA prezidenti

''Vəziyyət çox ciddidir'' - FİFA prezidenti

Tarix: 16 Aprel 2020 13:32

FİFA prezidenti Canni İnfantino koronavirus pandemiyasının yayıldığı dönəmdə futbolun gələcəyinin necə olacağı ilə bağlı suallara aydınlıq gətirməyə çalışıb.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri "L'Equipe" nəşrinə açıqlamasında insanların sağlamlığının hər şeydən vacib olduğunu və yalnız təhlükəli vəziyyət aradan qalxdıqdan sonra futbol turnirlərinin bərpa ediləcəyini bildirib:

"Futbol nə vaxt qayıdacaq? Məncə, cəmiyyətin sağlamlığı hər şeydən öndə gəlir. Sağlamlıq ən önəmli məsələdi! Risk olduğu müddətcə futbol olmayacaq. Bir az gözləmək və hadisələrin necə cərəyan edəcəyini izləmək lazımdı. Vəziyyət çox ciddidi.

Başa düşürəm, əksəriyyət futbolun nə vaxt qayıdacağını öyrənmək istəyir. Yerli hökumətlər icazə verəndə oyunlar da başlayacaq. Ancaq ondan sonra turnirləri başa vura bilərik. Amma indi insanların həyatını təhlükəyə ata bilmərik".


Etiketlər:  Vəziyyət çox ciddidir FİFA prezidenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ