Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakteriya və viruslardan qorunmaq üçün istifadə edə biləcəyiniz kokteyl

Bakteriya və viruslardan qorunmaq üçün istifadə edə biləcəyiniz kokteyl

Tarix: 16 Aprel 2020 22:36

Təmiz qan ən gözəl müalicədir. Ancaq menyumuzda bol şirin və yağlı qidalar bizi virus və bakteriyalardan qorumaq əvəzinə qalın səddli,"şirniyyatlı" mikro keçirici olur.

Orqanizm özünü təmizləyən bir sistemdir və yaz fəsli orqanizmi təmizləməyin əsl vaxtıdır. Bunun üçün təmizliklə bərabər, orqanizmi qeyri -təbii maddələrlə doldurmağı dayandırmaq lazımdır.

Orqanizmi şlaklardan və ümumiyyətlə təmizləmək üçün, xüsusilə yaz aylarında bakterisid hesab olunan göyərtilər (cəfəri, cilantro, şüyüd və s.) və sarımsaqdan istifadə edə bilərsiniz . Bunların hamısının tərkibində xlorofil var, qanı yaxşı təmizləyir.

Ümumiyyətlə sarımsaq müxtəlif bağırsaq xəstəliklərində və ümumi gücləndirici, qoruyucu təbii vasitə kimi istifadə olunur. Sarımsaq yalnız yeyilmir, onu həm də içkilərdə istifadə etmək olar.

Sizə maye şəklində, daha sürətli qana ötürüləcək və təmizləyici kimi istifadə edə biləcəyiniz kokteyl resepti təqdim edirik .

sarımsaq - bir dəstə

su - 1-2 stəkan

qara bibər - bir çimdik
istədiyiniz göyərti və ədviyyatlar

Təzə sarımsağı yaxşıca yuyuruq, kiçik doğrayırıq, göyərtilərlə birlikdə blenderden keçirdib, daha yaxşı həzm üçün otaq temperaturunda su ilə, bir çimdik istiot əlavə edirik. Kokteyli gün ərzində bir-iki dəfə qəbul edə bilərsiniz. Bu zaman yüngül və soyutma məhsullarla qidalanmaq lazımdır.

Milli.Az


Etiketlər:  Bakteriya viruslardan qorunmaq üçün istifadə edə biləcəyiniz kokteyl


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ