Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 23:52
Bir müddətdir ki, onlayn konfrans tətbiqləri arasında Zoom çox məşhurlaşıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu məşhurluq özü ilə təhlükəsizlik barədə narahatlıqlar da gətirib. Məsafədən təhsil və onlayn iclaslar üçün ideal hesab edilən tətbiqin qaranlıq tərəfləri üzə çıxmağa başlayıb. Belə ki, "Dark web" və haker forumlarında "Zoom" hesabı satılması tətbiq üçün problem yarada bilər.
Bleeping Computer-in yaydığı məlumatda isə deyilir ki, istifadəçilərin Zoom-da toplanan şəxsi məlumatları pulsuz şəkildə haker forumlarında paylaşılır: "Bəzi haker forumlarında minlərlə Zoom hesabı satışa çıxarılıb. İstifadəçilərin şəxsi məlumatlarının yer aldığı hesablar isə xüsusən, bəyənilənlər arasındadır. Bu məlumatların zərərli səbəblərdən dolayı istifadə edilməyəcəyinə isə heç kəs qarantiya vermir.
Kibertəhlükəsizlik şirkəti Cyble Zoom hesablarının forum vasitəsilə satıldığını aşkar etdikdən sonra maraqlı yola əl atıb. Şirkət məsələni araşdırmaq üçün satışa çıxarılan 530.000 Zoom hesabını satın alıb. Hər hesab üçün 0,0020 dollar ödəyən firma satın alınan hesabların sahiblərini şifrələrini dəyişdirməsi məsələsində xəbərdar edib.