Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 11:10
PSJ-nin hücumçusu Neymar yay "transfer pəncərəsi"ndə "Barselona"ya qayıtmayacaq.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "Barselona" koronavirus pandemiyası ilə əlaqədar ortaya çıxan maliyyə böhranı səbəbindən Neymarın transferindən imtina edib. Katalon klubunun əsas transfer hədəfi "İnter"in forvardı Lautaro Martinesdi.
Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barsa"dan PSJ-yə keçib. Ötən yay braziliyalı futbolçu "blauqrana"ya qayıtmaq istəsə də, klublar maliyyə məsələlərində razılığa gələ bilməmişdilər.