Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 11:48
Azərbaycan hökumətinin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatı ilə bağlı 31 deputatın təklif və tövsiyələri yazılı olaraq Nazirlər Kabinetinə göndərilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
S.Qafarova bildirib ki, bu ilin birinci rübünün göstəricilərinə görə Azərbaycan iqtisadiyyatının əldə etdiyi nailiyyətlər müsbətdir.
Spiker vurğulayıb ki, koronavirusla bağlı qabaqlayıcı tədbirlər insanların sağlamlığının qorunmasına yönəlib.