Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağciyərlərinizin vəziyyətini evdə belə yoxlayın - Buteyko metodu

Ağciyərlərinizin vəziyyətini evdə belə yoxlayın - Buteyko metodu

Tarix: 17 Aprel 2020 23:09

Bu metodu sovet alimi Konstantin Buteyko hazırlayıb.

Nəfəsi müəyyən vaxt ərzində saxlamaq və nə qədər dözə biləcəyinizi yoxlamaqla tənəffüs sistemi, ağciyərlərinizin vəziyyətini, yəni sağlamlığını, hava tutumunu, havasız nə qədər dözə bilməsini, bronxların vəziyyətini sınaya bilərsiz.

Bu test həmçinin bir müalicəvi tənəffüs gimnastikasıdır.

Sonxeber.net medicina.az-a istinadən həmin metodu təqdim edir. Diqqətlə öyrənib, sonra məşq edərək tətbiq edin.

Stulun düz kənarında əyləşib, kürəyi, onurğanı düz saxlayın. Çiyinlər sərbəst, düz, qarın bir qədər içəri doğru çəkilir.

Gözlərinizi yumun. Dərindən nəfəs alıb saxlayın, qarın əzələlərinizi boşaldın. Bütün bədən sərbəst, rahat, boş olmalıdır. Sonra yavaş-yavaş nəfəsi verib, sonda burnunuzu tutub sıxın.

Əvvəlcədən telefonda saniyəölçəni qoşub baxın. İlk günlər 20 saniyə, daha 30 saniyəyə kimi tab gətirməlisiz. Bu zaman barmağınızı nəbzin üzərinə qoyub, ürək vurğularını da sayın. Ürək tez-tez, çox atmamalıdır. Nəfəsinizi saxladığınız an ağciyərlərin oksigensiz özünü necə aparmasına diqqət yetirin. Bu vəziyyət sizi narahat edirmi, dözə bilirsizmi?

Sağlamlığın göstəricisi necədir?

1. Əgər nəfəsinizi 10 saniyədən çox saxlaya bilmirsizsə və ürək nəbziniz dəqiqədə 90-100 vurğudursa - siz ürək-damar, ağciyər xəstəliklərinin 3-cü dərəcəsindəsiz

2. Nəfəsi 20 saniyəyə kimi saxlayırsız, nəbz 80 vurğudur - xəstəliyin birinci mərhələsindəsiz.

3. Nəfəsi 30, daha sonra 40 saniyə saxlaya bildizsə, ürək dəqiqədə 65-70 vurursa - siz sağlamsız.

Hər 3 halda bu hərəkəti bir vərdiş halına gətirib, səhər yuxudan oyanan kimi və axşam təkrarlamalısız. Ta ki, nəfəsi verdikdən sonra burunu sıxdıqda (ağızı açmadan) nəfəssiz 30-40 saniyə normal dözənə kimi. Bu artıq ağciyərlərin normal sağlamlıqda olması deməkdir.


Etiketlər:  Ağciyərlərinizin vəziyyətini evdə belə yoxlayın Buteyko metodu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ