Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin rejimini pozan 15 nəfər həbs edilib - FOTO

Karantin rejimini pozan 15 nəfər həbs edilib - FOTO

Tarix: 17 Aprel 2020 23:58

Şəmkir rayonunda karantin rejimini pozan 15 nəfər həbs edilib, 1 nəfər sərxoş sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, aprelin 17-də keçirilən reyd zamanı xüsusi karantin rejimindən başqa sərxoş halda avtomobil idarəetmə, konstruktiv dəyişiklik və digər qanun pozan sürücülər də aşkar edilib ki, onlar barəsində də qanunamüvafiq tədbir görülüb.

Şəmkir RPŞ əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi olaraq keçirilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 1038 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb.

Onlardan 15 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə İnzibati həbs seçilib.


Etiketlər:  Karantin rejimini pozan nəfər həbs edilib FOTO


RƏYLƏR