Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tehran Əmiraslanov: Biz sahibkarlar bir daha ölkə başçısının xalqının yanında olduğunu gördük

Tehran Əmiraslanov: Biz sahibkarlar bir daha ölkə başçısının xalqının yanında olduğunu gördük

Tarix: 20 Aprel 2020 12:00

Bakı. Trend:

Biz sahibkarlar bir daha ölkə başçısının xalqının yanında olduğunu gördük.

Bunu Trend-ə açıqlamasında Quba rayonu sakini, sahibkar Tehran Əmiraslanov deyib.

O bildirib ki, 2020-ci ilin əvvəlindən dünyada başlamış koronavirus pandemiyası səbəbindən ölkəmizdə də qabaqlayıcı tədbirlər həyata keçirilir:

"Pandemiyanın təsiri respublikada bir sıra iş yerlərinin bağlanmasına gətirib çıxardı. Yaranmış vəziyyət ölkə rəhbərinin diqqətindən qaçmadı və dərhal bu təsirlərin minimumlaşdırılması istiqamətində müvafiq tapşırıqlar verildi. Hər sahibkara müvafiq ödənişlər edildi.

Mən də dövlət dəstəyindən faydalanan sahibkarlardan biriyəm. 2000-ci ildən sahibkarlıqla məşğulam. Bu illər ərzində vergilərimi və sosial ödənişlərimi vaxtında ödəmişəm. Prezident İlham Əliyevin müvafiq göstərişinə əsasən, 2019-cu ilin yanvar ayından sadələşdirilmiş vergi statusundan gəlir vergisi statusuna keçid etmişəm. Hesablanmış vergi öhdəliyimi vaxtında ödəmişəm.

Mən Cənab Prezidentə ölkədə müşahidə olunan inkişaf və görülən işlərə dair təşəkkür edirəm. Biz sahibkarlar, bir daha ölkə başçısının xalqının yanında olduğunu gördük".


Etiketlər:  Tehran Əmiraslanov sahibkarlar daha ölkə başçısının xalqının yanında olduğunu gördük


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ