Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Geryedən ölkəsinə yardım - “İnsanlar dəhlizlərdə yatırlar''

Geryedən ölkəsinə yardım -  “İnsanlar dəhlizlərdə yatırlar''

Tarix: 20 Aprel 2020 14:36

"Neftçi"nin futbolçusu Donald Gerye koronavirusla mübarizəyə dəstək olub.

Qol.az  xəbər verir ki, 31 yaşlı haitili yarımmüdafiəçi ölkəsinin iki xəstəxanasına yardım edib. Gerye hər xəstəxanaya 10 min çarpayı bağışlayıb. Çarpayıların  xəstəxanalara aprelin 22-də çatdırılacağı bildirilib.

Gerye Polşa mətbuatına müsahibəsində ölkəsindəki xəstəxanalarda böyük problemlər olduğunu deyib: “İnsanlar çarpayıda deyil, dəhlizlərdə yatırlar. İndi təsəvvür edin ki, xəstəsiniz, çox hərəkət etmirsiniz. Ancaq yatarkən də hər şey səni incitməyə başlayır. Buna görə yardım aksiyasına qoşulmaq qərarına gəldim.

Ümid edirəm ki, bu yardım böyüyəcək və hər kəs buna qoşulacaq. Haitinin 10 xəstəxanasına kömək etmək istəyirik. Əlbətdə ki, təkcə çarpayılar deyil. Bacardığımı göndərirəm. Maskalar, dezinfeksiya üçün əşyalar və.s”.

Gerye hazırda Haitidəki durumla bağlı da danışıb: ”Yüzdən çox xəstəliyə yoluxan adam var. Ancaq bu rəqəm daha da pisləşəcək. Çünki ölkəmdəki insanlar məsləhətlərə qulaq asmırlar, tövsiyələrə əməl etmirlər. Təhsildə problem var, bu ən birinci əsasdır. Çünki  insanların əksəriyyətinin evində radio və ya televizor yoxdur, bəzi şeylərdən xəbərləri olmur. Bundan əlavə, küçə ticarəti hələ də davam edir.  Təhlükəsizlik qaydalarına heç kim əhəmiyyət vermir. Azərbaycanda insanlar qaydalara əməl edir, ancaq yenə də xəstələr artırsa, Haiti də vəziyyət daha da pis olacaq”.

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. O,  mövsümün əvvəlindən “Neftçi"də çıxış edir.
 
 


Etiketlər:  Geryedən ölkəsinə yardım İnsanlar dəhlizlərdə yatırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ