Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mövsüm başa çatdırılmasa, “Barselona” çempion elan edilməlidir”

''Mövsüm başa çatdırılmasa, “Barselona” çempion elan edilməlidir”

Tarix: 20 Aprel 2020 17:18

“Yenidən topu, meydanı hiss etmək, məşqçilər heyəti və komanda yoldaşlarımla çalışmağa davam etmək istəyirəm”.

Qol.az xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu İvan Rakitiç deyib.

Xorvatiyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında koronavirus pandemiyasının futbolçuları saldığı çətin durumdan danışıb: “Hər şeyin nə vaxt əvvəlki vəziyyətinə qayıdacağını bilməmək məyusedicidir. Amma futboldan daha vacib məsələlərin olduğunu başa düşürük. Evdə tək məşq etmək çətindir. Ümid edirəm ki, bu mövsüm yenidən oynaya bilərəm və komandamla birlikdə titullar uğrunda mübarizə apararıq”.

Rakitiç hazırkı durumda La Liqanın başa çatdırılmayacağı təqdirdə “Barselona”nın çempion elan edilməli olduğunu bilidirib: “Hamımız yenidən oynamaq və çempion olmaq istəyirik. Başa düşürəm ki, mövsüm başa çatdırılmasa, “Barselona” çempion elan edilməlidir”.

Qeyd edək ki, La Liqada turnir cədvəlinə 58 xalla “Barselona” başçılıq edir.

 


Etiketlər:  Mövsüm başa çatdırılmasa Barselona çempion elan edilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ