Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran sərhədində narkotik aşkarlanıb

İran sərhədində narkotik aşkarlanıb

Tarix: 2 Iyun 2019 15:30

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-qərbində Sistan və Bəluçestan vilayətinin sərhədlərində 2,19 ton narkotik maddələr aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin sərhəd qoşunları komandanı polkovnik Məhəmməd Mollaşahi deyib.

M.Mollaşahinin sözlərinə görə, 3 sərhəd zolağında narkotik qaçaqmalçılarla silahlı insident baş verib.

M.Mollaşahi əlavə edib ki, qaçaqmalçılarla bir neçə saat toqquşmadan sonra 2 ədəd avtomobil, 9 ədəd motosiklet və 2 qaçaqmalçı saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İran sərhədində narkotik aşkarlanıb


RƏYLƏR