Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AMEA: Bəzi dərslərin distant yolla keçirilməsi əlverişli deyil

AMEA: Bəzi dərslərin distant yolla keçirilməsi əlverişli deyil

Tarix: 21 Aprel 2020 14:27

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasında distant tədrisin yüksək səviyyədə təşkil olunmasına baxmayaraq, bir sıra dərslərin distant yolla keçirilməsi o qədər də əlverişli deyil. Belə ki, tədris planlarında nəzərdə tutulan laboratoriya dərslərinin həyata keçirilməsi üçün müvafiq laboratoriya şəraitinin olması vacibdir.

Trend-in məlumatına görə, bunu AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov bildirib.

O qedy edib ki, AMEA-nın magistraturası elm tutumlu magistraturadır, bu baxımdan laboratoriya dərslərinin yüksək səviyyədə tədrisi magistrantlar üçün xüsusi önəm daşıyır. Bunu nəzərə alaraq, laboratoriya dərslərinin tədris ilinin sonunda keçirilməsi planlaşdırılır.

F.Kazımov qeyd edib ki, hazırda AMEA-nın magistraturasında 188 magistrant təhsil alır. Bu da ümumilikdə 25 ixtisas üzrə 84 ixtisaslaşmanı əhatə edir. AMEA-da tədris prosesinə 217 nəfərlik professor-müəllim heyəti cəlb olunub. AMEA-da əsasən “sinxron” distant təhsilə üstünlük verilir.

O əlavə edib ki, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin və müvafiq institutların təhsil şöbələrinin əməkdaşları müəyyən olunmuş qrafik üzrə keçirilən dərslərə qoşularaq prosesə nəzarət edirlər.


Etiketlər:  AMEA Bəzi dərslərin distant yolla keçirilməsi əlverişli deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ