Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2019 17:52
Bakı. Trend:
ABŞ ilkin şərtlər irəli sürmədən İranla danışıqlara hazırdır.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo İsveçrədə mətbuat konfransı zamanı deyib.
M.Pompeo bildirib: "Biz İranla ilkin şərtlər irəli sürmədən dialoqa hazırıq. Biz danışıqlar masasına oturmağa hazırıq".
Dövlət katibi həmçinin qeyd edib ki, ABŞ Tehranın "pisniyyətli siyasətinə" qarşı çıxmağa davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin