Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 16:10
Mən də yardım edirəm, amma paylaşmıram. Paylaşırsan ağzına gələni yazırlar. Paylaşmırsan yenə tənqid edirlər.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İzzət Bağırov "Elgizlə izlə" verilişində deyib. Sənətçi sosial şəbəkədə ifaçıların ünvanına yazılan tənqidlərdən bəhs edib:
"Koronavirusu Allah zəlil etsin. İndi gəlib düşüb canımıza. Bundan əvvəl də biz yardım edirdik da... Sosial şəbəkədə paylaşanda isə nələr yazırlar. Bir uşaq paylaşdım, yazdım ki, Novruzun öz istəyi ilə edirəm. Onu da uşaq dedi ki, paylaşın, dostlarım görsün məni görməyə gəlmisiz. Yazırlar ki, hə nə olsun, getmisən də.
Anam evdə dolma bükürdü, gedirdim uşaq evində uşaqlara yedizdirirdim. 16 uşağı sünnət etdirmişdim. Anam paltar alıb, kimsəsiz uşaqlara geyindirirdi. Bunları işıqlandırmıram.
Arif Babayev 30 ailəyə kömək etdi. Etməyənləri qınamayın. Elə tanınmış müğənnilər var ki, onun imkanı yoxdur".