Tarix: 22 Aprel 2020 09:56
Almaniyanın “Hannover” klubu baş məşqçisi Kenan Koçakla müqavilə müddətini uzadıb.
Qol.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Türkiyəli mütəxəssisin yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 39 yaşlı mütəxəssis 2019-cu ilin noyabr ayından “Hannover”i çalışdırır. Onun komandası koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış 2-ci Bundesliqada 25 oyuna 32 xalla 9-cu pillədə qərarlaşıb.